Vitse-prezidentlə polislər arasında əlbəyaxa dava - Bakıda gərgin anlar

Vitse-prezidentlə polislər arasında əlbəyaxa dava - Bakıda gərgin anlar
Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Fanat.az futbolinfo.az-a istinadən xəbər verir ki, "İnter" öz meydanında AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
"İnter Arena"dakı matçdan sonra dava düşüb. Hadisənin əsas iştirakçısı AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov olub. Belə ki, Hüseynov paltardəyişmə otağına gedən dəhlizə daxil olmaq istəyərkən, polislər ona mane olub. Təhlükəsizlik əməkdaşları klub rəsmisini tanımadığını deyərək, onu içəri buraxmayıblar. Nəticədə isə tərəflər arasında əlbəyaxa dava düşüb. Ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib. 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər