Daha bir futbolçu "Qəbələ"ni tərk edə bilər. Fanat.az xəbər verir ki, Viktor Mendinin ölkəmizi tərk etməsi gözlənilir.
Seneqallı hücumçu Türkiyə və Fransadan təklif alıb. Onunla bağlı hələ yekun qərar verilməsə də, böyük ehtimalla "Qəbələ"dən gedəcək.
Qeyd edək ki, Mendi 2011-ci ildən çıxış etdiyi "Qəbələ"də 98 oyun keçirib və 25 qol vurub. O, karyerası ərzində Fransanın "Mets", "Klermon", "Paris", "Uillemomble" və Türkiyənin "Bucaspor" klublarında forma geyinib.
"Qəbələ" bundan əvvəl Yannik Kamanan, Omar Kalabane, Lourival Assis, Marat İzmayılov, David Petrkeviç, Dieqo Koşta, Nikola Valentiç, Elmar Baxşıyev, Abdulvahid Afolabi və Davron Erqaşevlə yollarını ayırıb.
Fanat.az