Və "Atletik" Bakıya gəlir

Və "Atletik" Bakıya gəlir
Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulur. Fanat.az хəbər verir ki, ölkəmizi turnirdə təmsil edən Bakı "İnter"i cavab oyununa evdə çıxıb.
Premyer Liqamızın gümüş mükafatçısı İslandiya "Hafnarfyordur"unu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan "bankirlər" əsas vaxtda eynihesabala uduzub. 91-ci dəqiqədə fərqlənən Rauf Əliyev "İnter"ə "Atletikə"ə rəqib edib.
Qeyd edək ki, "Hafnarfyordur" 1928-ci ildə yaradılıb. İndiyədək 6 dəfə İslandiya çempionluğunu, Liqa Kubokunu və Super Kubokunu qazanan 87 yaşlı klub 2 dəfə ölkə kubokuna sahib çıхıb. Avrokuboklarda 41 oyun keçirən "Hafnarfyordur" 13 qələbə qazanıb, 10 heç-heçə edib, 18 dəfə uduzub. "Hafnarfyordur" bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın SJK klubunu mübarizədən kənarlaşdırıb (1:0, 1:0). Komandanın baş məşqçisi Heymir Qudyonssondu.
"İnter" isə Avropada indiyədək 27 oyun keçirib. Bu qarşılaşmalardan 11-də qələbə qazanan "bankirlər" 9 heç-heçə edib və 6 dəfə uduzub. Bakı təmsmlçisi klublarımız arasında avrokuboklarda müsbət balansa sahib yeganə klubdu.
 
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
23 iyul 
İnter (Azərbaycan) - Hafnarfyordur (İslandiya) 2:2
Qollar Abbas Hüseynov, 45+1. Rauf Əliyev, 91 - Torarinn Valdimarsson, 47. Kristian Floki Finnboqason, 52.
İnter: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov (15. Stepan Polyak, 72), 23. Dieqo Martins (13. Mirsahib Abbasov, 55), 24. Fuad Bayramov, 30. Abbas Hüseynov (22. İlkin Qırtımov, 82).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Denis Silva, 10. Elnur Abdullayev, 45. İlkiin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
Hafnarfyordur: 12. Kristian Finnboqason, 4. Sam Tillen (21. Bödvar Bödvarson, 78), 5. Petur Vidarsson, 8. Emil Pallson, 9. Torarin Valdimarsson, 10. David Vidarsson, 11. Atli Qudnason (23. Brinyar Qudmundsson, 97), 13. Byarni Vidarsson (18. Kristian Floki Finnboqason, 38) , 20. Kassim Dumbia, 22. Ceremi Servi, 26. Conatan Hendriks.
Ehtiyat oyunçular: 15. Qudmann Torrison, 16. Con Consson.
Baş məşqçi: Haymir Qudyonson.
Sarı vərəqələr: Rauf Əliyev, 101. Səlahət Ağayev, 112 - Emil Pallson, 79.  Torarin Valdimarsson, 84. Petur Vidarsson, 90+2.
Qırmızı vərəqə: 18. Kristian Floki Finnboqason, 55 (Hafnarfyordur).
Hakimlər: Yaroslav Kozık, Semyon Şlonçak, İqor Alyoxin, Sergey Boyko (Ukrayna).
UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya).
UEFA nümayəndəsi: Artur Qaydels (Litva).
Bakı. "İnter Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər