Vaqif Cavadovun karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir. Fanat.az xəbər verir ki, milli komandamızın forvardı hələ hansı klubda oynayacağına qərar verməyib.
"İnter" rəhbərliyi və baş məşqçi Kaxaber Tsxadadze hücumçunun qalmasını istəyir. Lakin Vaqif qərar verməyə tələsmir. Bunun səbəbi isə maliyyə məsələləridi. Lakin məhdud büdcəsi olan "İnter" rəhbərliyi forvardın istədiyi pulu verə bilmir. Bu səbəbdən tərəflər arasında razılıq yoxdu.
Bunun nəticəsidi ki, Cavadov digər təklifləri də nəzərdən keçirir. Futbolçunun adı son günlər sabiq klubu "Qarabağ" və "Xəzər Lənkəran"la yanaşı çəkilir. Birinci variant elə də real deyil. "Xəzər Lənkəran" isə həqiqətən də onun xidmətində marıqlıdı. Cənub klubu Vaqifə istədiyi pulu verməyə hazırdı.
Qeyd edək ki, Cavadov son mövsümdə Premyer Liqada 33 oyun keçirib. 14 qol vuran futbolçu bombardirlər yarışında yalnız Reynaldo Silvadan geri qalır. O, kubokda və Avropa Liqasında 7 oyun keçirərək 2 dəfə fərqlənib.
Fanat.az