Vaqif Cavadov "İnter"dən rəsmən getdi

Vaqif Cavadov "İnter"dən rəsmən getdi
Vaqif Cavadov "İnter"dən rəsmən ayrılıb. Fanat.az xəbər verir ki, millinin forvardı bank klubunun yeni müqavilə təklifini qəbul etməyib.
Əslində Vaqifin "İnter"i tərk edəcəyi bir müddət əvvəldən bəlli idi. "Bankirlər"in təklif etdiyi müqavilə forvardı qane etmirdi. Cavadov daha çox pul istəsə də, "İnter" rəhbərliyi bu məbləği ödəyə bilməyəcəyini açıqlamışdı. 
Qeyd edək ki, Cavadov 2013/14 mövsümündə "İnter"də 40 rəsmi oyuna çıxıb və 16 qol vurub. O, əvvəllər "Qarabağ", "Tvente" (Hollandiya), "Bakı" və "Volqa"da (Rusiya) çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər