Utziq "Qəbələ"dən gedir - Braziliyalı Azərbaycanda qalacaq?

Utziq "Qəbələ"dən gedir - Braziliyalı Azərbaycanda qalacaq?

"Qəbələ"nin futbolçusu Rafael Utziq cari mövsümün sonunda iş yerini dəyişməkdə qərarlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"la müqaviləsinin müddəti yayda başa çatacaq braziliyalının daha yüksək əməkhaqqı fonunda 3 variantı var.

Bu qış "Neftçi" ilə razılaşdığı və "ağ-qaralar" "Qəbələ" ilə ortaq məxrəcə gələ bilmədiyi üçün indiki komandasında qaldığı bildirilən Utziqi bakılılarla yanaşı, Braziliyanın B Seriyasında mübarizə aparan 2 klub da istəyir.

Artıq yayda getmək planını "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevə də çatdıran forvardın qərarını dəyişəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Rafael 2020-ci ilin sentyabrında keçdiyi "Qəbələ"dən öncə yalnız vətənində çıxış edib. Cənubi amerikalının Qəbələ təmsilçisindən əvvəlki klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan Utziq 2018-2020-ci illər aralığında bu komandanın heyətində A və B seriyalarında çıxış edib. Szöügedən oyunçu karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər