Uruqvayın 5 futbolçusu diskvalifikasiya edildi

Uruqvayın 5 futbolçusu diskvalifikasiya edildi

Bu yay keçirilən Amerika Kubokunda Kolumbiya yığması ilə oyunda (0:1) dava salmış uruqvaylı futbolçularla bağlı ölçü götürülüb. 

Fanat.Az xəbər verir ki, bu barədə CONMEBOL-un mətbuat xidməti məlumat yayılıb.

Xəbərə görə, qurum oyundan sonra kolumbiyalı azarkeşlərlə münaqişəyə girmiş Uruqvay yığmasının 5 futbolçusu haqda intizam tədbiri görüb və onlara cəza kəsilib.

Müdafiəçilər Matias Olivera, Ronald Arauxo, Xose Ximenes 3 oyunluq cəza alıblar. Yarımmüdafiəçi Rodriqo Bentankur 4 oyunu tirbunalardan izləməli olacaq, hücumçu Darvin Nunyes isə yığma komandanın 5 oyunun buraxacaq.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş 2024-cü il Amerika Kubokunun qalibi Argentina yığması olub. “Albiseleste” finalda Kolumbiya yığması üzərində əlavə vaxtda 1:0 hesablı qələbə qazanıb.

Uruqvay yığması isə Kanada kollektivi ilə 2:2 hesabılı oyunun penaltilər silsiləsində 4:3 hesablı qələbə qazanaraq, Amerika Kubokunda bürünc medalçı olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər