Ulduz hücumçu "Çelsi"də az oynamasından danışdı

Ulduz hücumçu "Çelsi"də az oynamasından danışdı

"Çelsi"nin hücumçusu Joau Feliks bu mövsüm az oyun keçirməsindən danışıb.

Fanat.Az xəbər verir ki, “Daily Mail" portuqaliyalı futbolçunun dediklərini belə təqdim edib:

“Rəqabətin ciddi olacağını bilirdim, bu baxımdan ciddi şikayət etməyə gərək yoxdur. Amma mən nəyə qadir olduğumu bilirəm. Tədricən daha çox zaman qazanacağımı düşünürəm".

Feliks keçən yay "Atletiko Madrid"dən "Çelsi"yə keçib. Onun transfer məbləği 52 milyon avro olub. Tərəflər 2031-ci ilin iyununa qədər müddətə müqavilə imzalayıblar.

24 yaşlı portuqaliyalı indiyədək London klubunda cəmi 5 matçda iştirak edib və orta hesabla meydanda 23 dəqiqə qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər