"DiSi Yunayted"in baş məşqçisi Ueyn Runi səs-küylü transfer planlaşdırır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"dən ayrılan Cessi Linqarddır.
Mənbə Runinin hazırda azad agent statusu daşıyan Linqardla əlaqə saxladığını açıqlayıb.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında MY-nin yeni müqavilə təklifini geri çevirən Cessi son vaxtlar İngiltərə millisinə də çağırılmır.
Nihat