Avropa Liqasının qrup mərhələsinin V turundan sonra UEFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu "Qarabağ” öz meydanında Portuqaliya "Sportinq”inə böyük hesabla uduzduğundan (1:6) Polşanı keçmək imkanı qaçırılıb. Cari mövsüm qazanılan xalı 2,375 olan ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən 19,000 xala malikdi. Azərbaycan siyahıda 26-cıdı.
Baş tutan 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Əsasən ölkələrin xal hesabı dəyişib. Mövqe dəyişikliyi isə yalnız Slovakiya və Sloveniya arasında olub. Sonuncular 30-cu pilləni əldən verib.
Qeyd edək ki, siyahıda ilk pillədə İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cüdü.
Fanat.Az