UEFA reytinqi: Azərbaycan Qazaxıstan və Belarusa yaxınlaşdı - FOTO

UEFA reytinqi: Azərbaycan Qazaxıstan və Belarusa yaxınlaşdı - FOTO
"Qarabağ" UEFA reytinqində Azərbaycanın xallarını artırıb.
Fanat.Az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj" üzərində əldə etdiyi 4:1 hesablı qələbə sayəsində gerçəkləşib. 
Nəticədə ölkə aktivinə daha 0,250 xal yazılıb. Hazırda 18,250 xala malik Azərbaycan 26-cı pillədə qalsa da, 25-ci pillədəki Qazaxıstandan yarım xal geridədir. "Astana" bu tur evdə Serbiya "Partizan"ına 1:2 hesabı ilə uduzub. 18,875 xalla 24-cü yerdə gedən Belarusun isə avrokuboklarda təmsilçisi qalmayıb.
Qeyd edək ki, "Qarabağ" bu qələbə ilə həm də Azərbaycanın ən yaxın izləyicilərinin də xal baxımından ona yaxınlaşmasına imkan verməyib. Düzdür, "Lüdoqorets" Macarıstanda "Ferentsvaroş"u 3:0 hesabı ilə yenərək, Bolqarıstanın Polşanı keçməsinə və 16,875 xalla 27-ci pillədə yer almasına səbəb olub. Amma hazırda Azərbaycan və Bolqarıstan arasındakı xal fərqi 1,375-ə bərabərdir.
Fanat.Az 
 
UEFA reytinqi: Azərbaycan Qazaxıstan və Belarusa yaxınlaşdı - FOTO UEFA reytinqi: Azərbaycan Qazaxıstan və Belarusa yaxınlaşdı - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər