UEFA "İnter"in aqibətini daha 2 kluba yaşatdı

UEFA "İnter"in aqibətini daha 2 kluba yaşatdı

UEFA daha iki klubu avrokuboklardan kənarlaşdırıb. 

Fanat.az xəbər verir ki, bu Bakı "İnter"inin ardınca Ukraynanın "Dnepr" və Rumıniyanın "Tarqu Mureş" klublarının avrokuboklara buraxılmaması barədə qərar qəbul edilib.

Buna səbəb hər 3 klubun UEFA-nın "Maliyyə Fair-Playı" qaydalarına əməl etməməsi olub.

"Dnepr" bunadək Xuande Ramosun baş məşqçisi olduğu dövrdə ispan məşqçilər qarşısında öhdəliklərini yerinə yetirməyib. Komandanın kapitanı Ruslan Rotan da bildirib ki, hazırda turnir cədvəlinin IV pilləsində olan "Dnepr" oyunçulara maaşların ödənilməsini dayandırıb.

Qeyd edək ki, UEFA dünən Azərbaycanın "İnter" klubu haqqında eyni səbəbdən diskvalifikasiya qərarı çıxarıb. "İnter" də "Dnepr" kimi IV pillədədi və bu il ölkəni avrokuboklarda təmsil etməyə yaxın idi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər