UEFA nümayəndələri Qəbələyə gəlir

UEFA nümayəndələri Qəbələyə gəlir
Qəbələ stadionunun avrokubok oyunlarına hazırlığı davam edir. Fanat.az xəbər verir ki, artıq işlər yekunlaşmaq üzrədi.
İşıq dirəkləri quraşdırılıb, paltardəyişmə otaqları tam hazır vəziyyətə gətirilib, su sistemi və arenaya elektrik enerjisinin 100 faiz verilməsi də təmin olunub. Artıq "Qəbələ" rəhbərliyi UEFA nümayəndələrinin yolunu gözləyir. Məlumata görə, avropalı nümayəndələr iyunun 25-26-da Qəbələyə gəlməlidi. Onlar arenaya baxıb, yekun sözlərini deyəcəklər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər