UEFA ingiltərəli hakimi diskvalifikasiya etdi

UEFA ingiltərəli hakimi diskvalifikasiya etdi

UEFA ingiltərəli futbol FİFA referisi Devid Kutu 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub.

Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, qurum FIFA referisini futbolun, xüsusilə UEFA-nın nüfuzuna xələl gətirməsi və ləyaqətli davranışın əsas qaydalarını pozması səbəbindən yarışlardan kənarlaşdırıb.

Ötən ilin noyabrında internetdə sözügedən hakimin “Liverpul”un sabiq baş məşqçisi Yürgen Klopp haqqında təhqiramiz ifadələr səsləndirdiyini əks etdirən video yayılmışdı. Dekabrda isə Kut İngiltərə Peşəkar Hakimlər Assosiasiyası tərəfindən aparılan araşdırmalardan sonra istefaya göndərilmişdi.

Bununla yanaşı, Devidin 2024-cü ildə keçirilən Avropa çempionatı zamanı qadağan olunmuş maddələrdən istifadə etdiyi iddia olunurdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər