UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası MY-yə qarşı

UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası MY-yə qarşı

Bu gün "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün ilk oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə "Mançester Yunayted" ilə üz-üzə gələcək.

Görüş İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda reallaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səsləndiriləcək.

Oyunda ədaləti Belçikadan olan FIFA referisi Simon Burdoduinin rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.

UEFA Gənclər Liqası 10 sentyabr

17:00. "Mançester Yunayted" - "Sabah" Baş hakim: Simon Burdodui (Belçika) "Li Sports Villic" stadionu

Qeyd edək ki, "Sabah"ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər