UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azaldı

UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqiblərinin sayı azaldı

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.

"Qırmızı-qaralar" ilk raundda 7 mümkün rəqibdən biri ilə üz-üzə gələcək.

Zaur Hacıyevin baş məşqçi olduğu komanda "Rux" (Ukrayna), "Hayduk" (Xorvatiya), MTK (Macarıstan), "Zaqlembe" (Polşa), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Yelqava" (Latviya) kollektivlərindən biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 31-də UEFA Gənclər Liqasında I və II mərhələnin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. I mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, II mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər