“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" 1-ci mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.
Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu üzdən iki oyunun nəticəsinə görə rəqibini üstələyən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazanıb. Azərbaycan təmsilçisi bu mərhələdə "Leççe" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.