UEFA-dan Bakı "İnter"inə ŞOK

UEFA-dan Bakı "İnter"inə ŞOK
UEFA Bakı "İnter"inə qarşı iş açıb. Fanat.az хəbər verir ki, buna səbəb ödənişlər olub.
Belə ki, UEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Onların arasında "İnter"lə yanaşı, Rumıniya "Tarqu-Mureş", "Astra", "Botoşani", Portuqaliyanın "Braqa" və Ukraynanın "Dnepr" klubları var.
Adıçəkilən klublar 30 iyun - 30 sentyabr aralığında vacib sahələrdə - digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər