UEFA-dan azərbaycanlı hakimlərə yeni etimad

UEFA-dan azərbaycanlı hakimlərə yeni etimad

UEFA azərbaycanlı futbol hakimlərinə yeni təyinat verib. Sport7.az-a daxil olan özəl məlumata görə, FIFA referisi Rəhim Həsənov 19 yaşadək futbolçuların Avropa çempionatının elit raundunda ədaləti qoruyacaq. 

Hollandiyanın ev sahibliyi edəcəyi qrupun oyunları martın 22-dən 30-a kimi keçiriləcək. Qrupda meydan sahibləriylə yanaşı Polşa, Ukrayna və Şimalı İrlandiya milliləri yer alır.

Rəhim Həsənovla yanaşı laysman Namiq Hüseynov da Hollandiyaya yollanacaq və qarşılaşmalarda yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər