Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Fanat.az xəbər verir ki, o, futzal üzrə UEFA Kubokunun ilkin seçmə mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda "Göteborq" (İsveç), "MNK Centar Carayevo" (Bosniya və Herseqovina) və "Mobulu Futsal UNI Bern" (İsveçrə) komandaları mübarizə aparacaq. Oyunlar avqustun 27-də, 28-də və 29-da İsveçrədə keçiriləcək.
Fanat.az