UEFA-dan AFFA rəsmisinənövbəti təyinat

UEFA-dan AFFA rəsmisinənövbəti təyinat

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb. Fanat.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək. Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər