UEFA Bakının AVRO-2020-yə namizədliyini təsdiqlədi

UEFA Bakının AVRO-2020-yə namizədliyini təsdiqlədi
UEFA Bakının AVRO-2020-yə ev sahibliyinə namizədliyini təsdiqləyib. Fanat.az xəbər verir ki, bununla bağlı bu gün qərar qəbul olunub.
Bakı ilə yanaşı, daha 31 şəhərin namizədliyi qeydə alınıb. AVRO-2020-nin final mərhələsi Avropanın 13 şəhərində keçiriləcək: 
Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Ermənistan (İrəvan), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), Danimarka (Kopenhagen), İngiltərə (London), Finlandiya (Helsinki), Fransa (Lion), Makedoniya (Skopye), Almaniya (Münhen), Yunanıstan (Afina), Macarıstan (Budapeşt), İsrail (Qüds), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Hollandiya (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Porto), İrlandiya (Dublin), Rumıniya (Buxarest), Rusiya (Sankt-Peterburq), Şotlandiya (Qlazqo), Serbiya (Belqrad), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İsveç (Solna), İsveçrə (Bazel), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk), Uelsdi (Kardiff).
Qeyd edək ki, 12 şəhərdə 4, 1 şəhərdə isə 3 görüş keçiriləcək. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər