UEFA Bakıda həlledici oyunların yerini dəyişdirdi

UEFA Bakıda həlledici oyunların yerini dəyişdirdi
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal və final oyunlarının məkanı dəyişdirilib. 
Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə 8-ci km qəsəbə stadionunda keçiriləcək. 
Yarımfinal və final matçlarının məkanının dəyişdirilməsi azarkeş tutumu ilə bağlı olub. Qitə futbol qurumu bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranması istədiyi üçün son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsini qərara alıb. 
 
Qeyd edək ki, yarımfinal matçları mayın 18-də, final oyunu mayın 21-də baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər