UEFA azərbaycanlı xanımı Hollandiyaya göndərdi

UEFA azərbaycanlı xanımı Hollandiyaya göndərdi

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva Hollandiyaya yollanacaq. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 1-ci qrupunun oyunlarında iş başında olacaq.

Həmyerlimiz 27 mart – 1 aprel aralığında “zanbaqlar ölkəsi”ndə UEFA nümayəndəsi qismində ölkəmizi təmsil edəcək.

 

Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya milliləri gücünü sınayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər