UEFA: Azərbaycan klublarının 20 milyon avro borcu var

UEFA: Azərbaycan klublarının 20 milyon avro borcu var
Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə xalis borcları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. 
Məlum olub ki, 8 Premyer Liqa təmsilçisinin ümumi borcu 20 milyon avro təşkil edir. Çempionatımız bu göstərici ilə Avropa 19-cudu. 
İngiltərə Premyer Liqasındakı 20 klubun 2 milyard 474 milyon, İtaliya A Seriyası təmsilçilərinin 1 milyard 808 milyon, Türkiyə Super Liqasındakı klubların isə 983 milyon avro xalis borcu var. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər