UEFA Azərbaycan klublarına 1 milyon avro göndərdi

UEFA Azərbaycan klublarına 1 milyon avro göndərdi

UEFA Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə Azərbaycan klublarına - "Neftçi", "Qəbələ" və "Zirə"yə ödəniş edib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə sözügedən klubların hesabına köçürülüb.

"Neftçi"yə 100 000 avro, "Qəbələ" və "Zirə"nin isə hər birinə 450 000 avro ödənilib. 

Qeyd edək ki, "Qəbələ" və "Zirə" mübarizəni II təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla III raundda vidalaşıb. UEFA mərhələli şəkildə ödəniş etdiyi üçün "ağ-qaralar"a III mərhələdə iştiraka görə əlavə vəsait köçürüləcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər