“Udineze”nin baş məşqçisi “Bakı” ilə oyundan danışdı

“Udineze”nin baş məşqçisi “Bakı” ilə oyundan danışdı

İtaliyanın “Udineze” klubunun baş məşqçisi Françesko Qvidolin “Bakı” ilə yoxlama oyununu unutmayıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsi ərəfəsində də Azərbaycan təmsilçisini xatırlayıb. 

Qvidolin avrokuboklarda qarşılaşacaqları Bosniya və Hersoqovina təmsilçisi “Şiroki Briyeq”in gücünü dəyərləndirərkən “Bakı”dan da söz açıb.

Baş məşqçi həmin qarşılaşmanın necə çətin olduğunu bir daha qeyd edib: “Şiroki Briyeq” bizim üçün naməlum komandadır. Gördüklərimə əsasən yalnız onu deyə bilərəm ki, rəqib sərt, meydanda hərəkətli komandadır. Bir neçə gün əvvəl “Bakı” ilə oyunda da çox əziyyət çəkmişdik. Həmin qarşılaşmada dəridən-qabıqdan çıxmışdıq. Hələ o görüş yoxlama xarakteri daşıyırdı. Bu dəfə isə bizi daha böyük çətinliklər gözləyir”

Qeyd edək ki, “Udineze” ilə “Bakı” arasında yoxlama oyunu 1:1 hesabı ilə başa çatmışdı. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər