Millimiz Rumıniyaya biabırçı hesabla uduzdu

Millimiz Rumıniyaya biabırçı hesabla uduzdu

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunda son görüşünü keçirib. 
Fanat.Az xəbər verir ki, I qrupda yer alan yığmamız son turda Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib.
Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda baş tutan matç rumınların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında isə Rusiya İrlandiyaya yenilib - 0:2.
Qeyd edək ki, ilk 2 turda 6 xal qazanan İrlandiya son turu gözləmədən lider kimi final mərhələsinə vəsiqəni təmin etmişdi. Bu səbəbdən, hər iki qarşılaşma formal xarakter daşıyırdı. 
 
AVRO-2019

Elit raund I qrup

  

26 mart

Rumıniya - Azərbaycan 4:0

Qollar: Valentin Mixayla, 7; 20. Andrey-Marius Rus, 29. Aleksandru Tirlea, 90+3.

Rumıniya: 23. Stefan Tarnovanu, 2. Andrey-Marius Rus, 4. Sorin Serban, 9. Andrey Banyoi, 10. Antonio Sefer, 13. Valentin Mixayla, 14. Ovidiu Horsia, 15. Vladimir Skresiu, 17. Marian Șerban, 20. Antonio Manolaçe (k), 22. Daniel Toma.

Ehtiyat oyunçular: 1. Andrey Kristea, 3. Rares İspas, 5. Marko Ehmann, 7. Aleksandru Tirlea, 8. Radu Kiriak, 18. Leonardo Mitruşak, 19. Raul Bayku.
Baş məşqçi: Konstantin Opresku.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 2. Rüstəm Nuruyev, 4. İbrahim Hüseynov, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 19. Turan Bayramov, 20. Sərhat Taşdəmir, 23. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Nail Əlişov, 22. Rüstəm Samiqullin, 6. İdris İnqilablı, 18. Emil Qasımov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.

Hakimlər: Adrian Jakkotte, Vital Jobin (ikisi də İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (ikisi də Rusiya). Krasnodar, "Kuban" stadionu (Rusiya).

Rusiya - İrlandiya 0:2

Qollar: Mark Makquinness, 45+1. Ali Reqba, 59.

Hakimlər: Adam Farkaş, Balaş Szert (ikisi də Macarıstan), Yakob Mastrup, Mads-Kristoffer Kristoffersen (ikisi də Danimarka).

Krasnodar akademiyasının 5-ci meydançası.

 

1

İrlandiya

3

3

0

0

10:1

9

2

Rumıniya

3

1

1

1

4:5

4

3

Rusiya

3

0

2

0

0:2

2

4

Azərbaycan

3

0

1

2

1:7

1

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər