U-17 Serbiyaya yollanacaq

U-17 Serbiyaya yollanacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Fanat.Az xəbər verir ki, yığma 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar gələn il 21, 24, 27 oktyabr tarixlərində Serbiyada keçiriləcək.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər