"Bakı" ilə oyundan sonra klubdaxili iclas keçirildi. Toşakla görüşdük. Özü getmək istədiyini söyləyib, komandaya uğurlar arzuladı". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Nadirov yeni baş məşqçinin kimliyi ilə bağlı açıqlama verməyib: "Toşak indicə istefa verib. Təbii, komanda baş məşqçisiz qalmayacaq. Sabahdan (bu gündən) məşqçi axtarışına çıxacağıq. Oğuz Çətinin oyunu izləməsinə gəlincə, əvvəllər Rıdvan Dilməni, Rüştü Rəcbəri də oyunlarımızı izləyib. Bu, o demək deyil ki, onlar baş məşqçi olacaq. Onların hamısı bizim dostlarımızdı. Amma yeni çalışdırıcımız əcnəbi olacaq".
Fanat.az