Türkiyəni təmsil edən Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının finalına çıxıb.
Fanat.Az xəbər verir ki, 200 metr məsafəyə qaçış yarışlarının yarımfinalında finişə birinci çatan azərbaycanlı atlet 20.18 saniyə nəticə göstərib. Rail bu gün 8 nəfərlə qızıl medal uğrunda mübarizə aparacaq.
Fanat.Az