Türkiyə Super Liqası: İstanbul derbisi bərabərliklə bitdi

Türkiyə Super Liqası: İstanbul derbisi bərabərliklə bitdi

Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 1 oyun baş tutub.

Lider “Qalatasaray” ən taxın təqibçisi “Fənərbağça”nı qəbul edib. Əzəli rəqiblərin dueli qolsuz bərabərliklə bitib.

Hazırda Super Liqanın turnir cədvəlinə 64 xalı olan “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 58, “Samsunspor” 46, “Beşiktaş” 41, “Eyüpspor” 40, “Göztəpə” 35, “Başakşəhər” 33, “Trabzonspor” 32, “Kasımpaşa” və “Alanyaspor” 31 xal toplayıb.

Türkiyə Super Liqası 25-ci tur 21 fevral

Bodrumspor – Hatayspor 1:0 Qol: Puşkaş, 41.

Eyüpspor – Beşiktaş 1:3 Qollar: Bingöl, 1 – Rafa Silva, 18. Raşiça, 45+2. Kılıçsoy, 60.

22 fevral

Sivasspor – Konyaspor 1:1 Qollar: Başsan, 8 – Erdoğan, 13.

Antalyaspor – Kasımpaşa 2:1 Qollar: Dikmen, 10. Samudio, 42 – Hayradinoviç, 90+5-pen.

Samsunspor – Rizəspor 2:3 Qollar: Akaydın, 23-öz qapısına. Kılınc, 41 – Satka, 52-öz qapısına. Sou, 86. Zeqiri, 88.

23 fevral

Kayserispor – Göztəpə 1:0 Qol: Nazon, 44.  Alanyaspor – Adana Dəmirspor 3:2 Qollar: Kurtulan, 63-öz qapısına. Haderconay, 68. Özdemir, 90 - Barasi, 33; 37.  Trabzonspor – Qaziantep 3:2 Qollar: Banza, 45+2; 58. Viska, 45+6 - Güler, 77. Maksim, 85. 

24 fevral

Qalatasaray – Fənərbağça 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər