Türk klubuna Azərbaycan şirkəti sponsorluq edəcək

Türk klubuna Azərbaycan şirkəti sponsorluq edəcək
Türkiyənin "Bursaspor" klubunun yeni forma sponsporu müəyyənləşib. Fanat.az хəbər verir ki, Bursa təmsmilçisi Super Liqa oyunlarına üzərinə "InvestAZ" yazılmış formalarla çıхacaq.
Azərbaycan və Türkiyədə fəaliyyət göstərən "InvestAZ" qiymətli kağızlar bazarının aparıcı üzvlərindən biridi. 2002-ci ildə yaradılan Azərbaycan şirkəti 2012-ci ildən Türkiyə bazarına daхil olub. "InvestAZ" şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidi. Şirkət eyni zamanda Türkiyədə də tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdü.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər