"Milan"dan ayrılan Hakan Çalhanoğlunun "İnter"ə transferi rəsmən açıqlanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı türk yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İtaliya mətbuatı Hakanın illik maaşının 5 milyon avro olduğunu yazıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2017-ci ildən "Milan"da çıxış edirdi.
Fanat.Az