“Turan Tovuz”un rəqibləri müəyyənləşdi

“Turan Tovuz”un rəqibləri müəyyənləşdi

Yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqibləri məlum olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 17-də “Adana Dəmirspor”, 22-də isə “Eyupspor”la qarşılaşacaq.

İyulun 27-də komanda daha iki oyun keçirəcək. Baş məşqçi Ayxan Abbasov səhər və axşam saatlarında Tanzaniya yüksək liqa təmsilçisi “Simba Sport” ilə oyunlarda komandanı sınaqdan keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər