"Turan Tovuz" "Qəbələ"yə azlıqda uduzdu - YENİLƏNDİ

"Turan Tovuz" "Qəbələ"yə azlıqda uduzdu - YENİLƏNDİ

Bu gün Misli Premyer Liqasında I tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutub.

“Turan Tovuz” “Qəbələ" ilə qarşılaşıb.

Avrokubokların iştirakçısı səfər qarşılaşmasına qələbə üçün çıxmışdısa, meydan sahibləri doğma azarkeşlər önündəki ilk rəsmi oyunda xal qazanmağı arzulayırdı.

Lakin yarım saatın tamamında azlıqda qalan tovuzluların işi çətinləşib və azarkeşləri xalla sevindirmək planı baş tutmayıb. "Qırmızı-qaralar" qalan dəqiqələrdə 2 cavabsız top vuraraq evə qələbə ilə dönüb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Kəpəz"i 2:1, "Qarabağ" "Səbail"i 3:1, "Neftçi" "Şamaxı"nı 1:0, "Sabah" "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib. 

Misli Premyer Liqası I tur 8 avqust “Turan Tovuz” – “Qəbələ” 0:2 

Qollar: İsnik Alimi, 58-pen. Rafael Utziq, 63.

Qırmızı vərəqə: Piruzi Marakvelidze, 30.

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Quseynov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 5. Ben Aziz Dao

Baş məşqçi: Ayxan Abbasov   “Qəbələ”: 1. Səlahət Ağayev, Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 91. Ramon Maçado, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli

Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli VAR hakimi: Nicat İsmayıllı VAR hakiminin köməkçisi: Cəmil Quliyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov Tovuz şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər