Saat 16.00-da başlayacaq "Neftçi" - "İnter" oyununun heyətləri açıqlanıb. Fanat.az xəbər verir ki, qonaq komandanın start heyətində sürpriz isim var.
Belə ki, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Coşqun Diniyevin adını ilk "11-liy"ə salıb. Görünür ki, gürcü mütəxəssis bununla AFFA İntizam Komitəsinin qərarına etiraz edib. Hər halda Tsxadadze bundan əvvəl Coşqun əsas komandanın sadəcə bir oyununda şans verib. Belə ki, Şahin Diniyevin oğlu "Rəvan" üzərində 5:1 hesablı qələbə qazandıqları matçın 64-cü dəqiqəsində meydana çıxıb. Həmin vaxt hesab 4:1 olub.
Qeyd edək ki, İntizam Komitəsi əvəzedicilərin çempionatının XXI turunda keçirilən “Simurq” - “İnter” matçının 84-cü dəqiqəsində qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq qeyri-etik jest göstərən və dava-dalaşa səbəb olan Çoşqun Diniyevi 9 oyunluq cəzalandırıb, klubu 2500 manat cərimə edib.
Fanat.az