Topaz Premyer Liqasının XXX turunun “Neftçi” ilə oyunundakı 2:1 hesablı qələbə “İnter” üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, paytaxt klubu Azərbaycan çempionatları tarixində 200-cü qələbəsini qazanıb.
Güclülər dəstəsində 1999-cu ildən “Xəzər Universiteti”, daha sonra “İnter” adı altında qatıldığı çempionatlarda keçirdiyi 387 matçda 92 dəfə heç-heçə edən və 95 dəfə məğlub olan “İnter” texniki nəticələr top fərqində nəzərə alınmamaqla, bu oyunlarda 521 qol vurub və 329-nu buraxıb.
| Mövsüm | O | Q | H | M | T/F | X |
| 1999/2000 | 22 | 5 | 3 | 14 | 19-41 | 18 |
| 2000/01 | 20 | 9 | 2 | 9 | 23-38 | 29 |
| 2001/02 | 25 | 11 | 4 | 10 | 31-27 | 37 |
| 2003/04 | 26 | 15 | 6 | 5 | 37-16 | 51 |
| 2004/05 | 34 | 19 | 9 | 6 | 41-24 | 66 |
| 2005/06 | 26 | 14 | 8 | 4 | 35-14 | 50 |
| 2006/07 | 24 | 13 | 6 | 5 | 36-12 | 45 |
| 2007/08 | 26 | 18 | 4 | 4 | 55-18 | 58 |
| 2008/09 | 26 | 18 | 7 | 1 | 54-16 | 61 |
| 2009/10 | 32 | 17 | 10 | 5 | 47-27 | 61 |
| 2010/11 | 32 | 13 | 10 | 9 | 29-24 | 49 |
| 2011/12 | 32 | 16 | 8 | 8 | 29-18 | 56 |
| 2012/13 | 32 | 16 | 9 | 7 | 38-22 | 57 |
| 2013/14 | 30 | 16 | 6 | 8 | 47-32 | 54 |
| Cəmi | 387 | 200 | 92 | 95 | 521-329 | 692 |
“İnter”in 200-cü qələbəsi baş məşqçi Kaxaber Tsxadadzenin bu komandanın “sükanı arxasında” 100-cü qalibiyyəti olub. Bütün turnirlərdə üst-üstə 199 matçda komandaya rəhbərlik edən mütəxəssis 100-cü dəfə yetirmələrinin sevinməsinə şahid olub. Növbəti turun “Bakı” ilə oyunu Kaxaber Tsxadadze üçün “İnter”in sükanı arxasında 200-cü qarşılaşma olacaq.
| Turnir | O | Q | H | M | T/F | X |
| Çempionat | 158 | 78 | 43 | 37 | 190-126 | 277 |
| Kubok | 23 | 12 | 9 | 2 | 39-16 | 45 |
| Birlik kuboku | 6 | 5 | 1 | 0 | 16-0 | 16 |
| Avrokubok | 12 | 5 | 3 | 4 | 16-11 | 18 |
| Cəmi | 199 | 100 | 56 | 43 | 261-153 | 356 |
Fanat.az