"İnter" "Sumqayıt"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze bu matçda oğlu Baçana Tsxadadzenin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı olmasıdı. "Xəzər Lənkəran"la oyunun 58-ci dəqiqəsində simulyasiyaya görə mövsümün dördüncü sarı vərəqəsini alan Tsxadadze "Sumqayıt" matçını buraxmalıdı. O, bundan əvvəl AZAL, "Simurq" və "Bakı" ilə qarşılaşmalarında cəzalanmışdı.
Qeyd edək ki, Baçana cari mövsümdə 3 qol vurub.