Tsxadadze "İnter"in 3 üzvünü yığmaya çağırdı

Tsxadadze "İnter"in 3 üzvünü yığmaya çağırdı

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze paralel rəhbərlik etdiyi Gürcüstan yığmasının heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, çalışdırıcı Malta ilə yoldaşlıq və Almaniyaya qarşı AVRO-2016-nın seçmə qrup matçları üçün 29 oyunçuya dəvət göndərib.

Tsxadadze yığmaya "İnter"dən 3 futbolçunu çağırıb. Bunlar müdafiəçi Aleksandr Amisulaşvili və Laşa Salukvadze, eləcə də hücumçu Baçana Tsxadadzedi. Eyni zamanda, əvvəllər Azərbaycanda da legioner həyatı yaşamış qapıçı Revaz Tevdoradze (İnter) və müdafiəçi Georgi Navalovski (İnter) ilə Georgi Popxadze (Bakı) dəvətlilər siyahısındadı. 

Əvəzində "Qarabağ"ın sabiq hücumçusu, Temuri Ketsbayanın dövründə milliyə müntəzəm çağırılmış Nikoloz Gelaşvili heyətdən kənarda qalıb.

Qeyd edək ki, Gürcüstan millisi Maltanı martın 25-də, Almaniyanı isə martın 29-da sınağa çəkəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər