Tsxadadze "İnter"i Zaura tapşırdı

Tsxadadze "İnter"i Zaura tapşırdı
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin Ukraynaya yollanması barədə xəbər vermişdik. Gürcü mütəxəssis bu gündən etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi "Pro" məşqçi kurslarında iştirak edəcək. Tsxaddaze dekabrın 5-də ölkəyə qayıdacaq. 
Artıq Tsxadadzenin yoxluğunda "İnter"ə kimin rəhbərlik edəcəyi bəlli olub. Fanat.az xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də "Şuşa" ilə oyuna komandanı köməkçi-məşqçi Zaur Svanadze çıxaracaq.
Qeyd edək ki, Tsxadadze ilə birlikdə "Simurq"un baş məşqçisi Georgi Çixradze də gedib. Bu səbəbdən "Simurq"a "Araz"la kubok oyununa İqor Getman başçılıq edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər