Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsində çıxışıyla əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "İnter Arena"da bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışıb.
Zədə üzündən bir müddət meydandan uzaqda qalan Baçana Tsxadadze də artıq Bakıdadı. Gürcü forvard dünəndən etibarən fərdi məşq edir.
Qeyd edək ki, "İnter" bu gün "Simurq"la yoxlama oyunu keçirəcək. "İnter Arena" baş tutacaq matç saat 17.00-da başlayacaq.
Fanat.az