Kaxaber Tsxadadze "Simurq"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in gürcü baş məşqçisi hakimlərin komandasına penalti verməməsindən şikayətlənib:
"İlk hissədə çox pis oynadıq, hamınız bunu gördünüz. İkinci hissədə etdiyimiz dəyişikliklərlə oyunda tarazlıq yaratdıq. Mənim bir sualım var: "İnter" nə vaxtsa 11 metrlik cərimə zərbəsi vracaq, ya yox?".
Fanat.az