“İnter” rəhbərliyinin baş məşqçi Kaxaber Tsxadadze ilə yeni müqavilə bağlamaq istədiyini yazmışdıq. Fanat.az-ın əldə etdiyi məlumata görə gürcü mütəxəssis hələ klub prezidenti Georgi Nikolova “hə” deməyə tələsmir.
Çalışdırıcı fikirləşmək üçün möhlət istəyib. Bu isə o deməkdi ki, bir neçə təklif alan Tsxadadzenin postunda qalıb-qalmayacağı dəqiq bilinmir.
Fanat.az