Gürcüstan yığmasının heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze Şotlandiya və İrlandiya ilə oyunlara 24 futbolçu çağırıb.
"İnter"in sabiq baş məşqçisi Bakı klubundan iki futbolçuya dəvət göndərib. Belə ki, Zurab Xizanişvili və Nika Kvekveskiri Gürcüstan millisinə çağırılıb. Zurab indiyədək yığmada 93 oyun keçiribsə, Nika ilk dəfə dəvət alıb.
Tsхadadze həmçinin "İnter"in sabiq üzvləri - Aleksandr Amisulaşvili (Karşıyaka), Georgi Navalovski (Dila), Baçana Tsхadadze (Flamurtari) və "Bakı"nın keçmiş oyunçusu Georgi Popхadzeni (Flamurtari) də yığmaya çağırıb.
Əvəzində "İnter"in sabiq oyunçuları - Laşa Salukvadze (Dila) və Nikolos Gelaşvili (Pafos), həmçinin Teymuraz Qonqadze (Dila) bu dəfə yığmadan kənarda qalıb.
Qeyd edək ki, Gürücüstan yığması AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Şotlandiyanı qəbul edəcək, 3 gün sonra İrlandiyanın qonağı olacaq.
Fanat.az