Trippyer "Nyukasl"ı bu kluba dəyişir - Danışıqlar başladı

Trippyer "Nyukasl"ı bu kluba dəyişir - Danışıqlar başladı

Müdafiəçi Kiran Trippyer "Nyukasl"ı tərk etmək isəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Devid Ornşteyn yayıb.

Xəbərə görə, Trippyer müntəzəm oynaya biləcəyi kluba keçməkdə maraqlıdır. Mənbə arxa xətt oyunçusunun xidmətində "Everton"un maraqlı olduğunu vurğulayıb. "Liverpul" təmsilçisinin Kiranı icarəyə götürmək üçün artıq "sağsağanlar"la danışıqlara başladığı da diqqətə çatdırılıb.

Qeyd edək ki, ötən mövsüm 39 matça çıxan Trippyer 1 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər