Trampa görə "DÇ-2026" Azərbaycanda keçirilə bilər

Trampa görə "DÇ-2026" Azərbaycanda keçirilə bilər

ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət ölkənin futbol üzrə Dünya çempionatından məhrum edə bilər. Bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin məlumat yayıb. 

Onun sözlərinə görə, mundialın ev sahibliyi seçimində ən müxtəlif kriteriyalar nəzərə alınacaq: “Əgər oyunçular, jurnalistlər və azarkeşlər siyasi baxışlarına görə Dünya çempionatına gələ bilmirlərsə, bu zaman həmin ölkədə bu səviyyədə turnirlər keçirilməməlidi". 

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ildə keçiriləcək. ABŞ-dan əlavə, Azərbaycan, Kolumbiya, İngiltərə, Qazaxıstan, Avstraliya, Yeni Zelandiya və Türkiyə turnir uğrunda mübarizə aparacaq.(istipress)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər