Totti Çempionlar Liqasının tarixinə düşdü

Totti Çempionlar Liqasının tarixinə düşdü

"Roma"nın kapitanı Françesko Totti Çempionlar Liqasının tarixinə düşüb. Fanat.az xəbər verir ki, italyan futbolçu turnirdə qol vuran ən yaşlı futbolçu olub.

Totti "Mançester Siti" ilə matçın 23-cü dəqiqəsində fərqlənərək hesabı bərabərləşdirib. Sentyabrın 27-də 38 yaşını qeyd edən "Roma"nın əfsanəsi Çempionlar Liqasının tarixinə düşüb. Bundan əvvəlki rekordun sahibi "Mançester Yunayted"dən Rayan Giqqz idi. O, 2011-ci ildə 37 yaş 28 günlüyündə "Benfika"nın qapısına yol taparaq rekorda sahib çıxmışdı.

Totti həm də İngiltərədə ilk dəfə qol sevinci yaşayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər