Bu gün "Sumqayıt"la qarşılaşacaq "Rəvan" meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev 3 futbolçunun xidmətindən məhrum olub.
Elvin Həsənəliyevlə Tofiq Mikayılov uzun müddətdi zədədən əziyyət çəkir. Kristian Torres isə son turun "İnter"lə oyununda zədə alıb. Argentinalı futbolçunun zədəsi ciddi deyil və "Sumqayıt"la oyunda meydana çıxmayacaq. Əvəzində Aqil Nəbiyev, Rəşad Abdullayev və Sahib Sovankulov meydana çıxmağa hazırdı.
Fanat.az