Toral Bayramovun oyununu canlı izləmək istəyənlər nə qədər ödəməlidir?

Toral Bayramovun oyununu canlı izləmək istəyənlər nə qədər ödəməlidir?

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq müdafiəçisi Toral Bayramovun yeni komandası "Bursaspor" növbəti sınağına hazırlaşır.

Fanat.Az xəbər verir ki, Bursa təmsilçisi iyulun 26-da Ukraynanın köklü klublarından olan "Şaxtyor Donetsk" ilə yoldaşlıq görüşünə çıxacaq. 

Atatürk İdman Kompleksi Matlı Stadionunda keçiriləcək bu qarşılaşma öncəsi biletlər satışa çıxarılır. Toral Bayramovun Ukrayna nəhənginə qarşı mübarizəsini stadiondan canlı izləmək istəyən azarkeşlər üçün qiymətlər sektorlara uyğun olaraq müəyyənləşdirilib:

Şimal və Cənub qapı arxası tribunaları: 400 TL (21 AZN)

Şərq tribunası: 800 TL (41 AZN)

Qərb tribunası: 1200 TL (62 AZN)

"1963" xüsusi tribuna: 2000 TL (103 AZN)

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər